Atiahi logo

Azərbaycan Neft və Qaz İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

ƏMƏK HÜQUQLARINI QORUYAQ!

Beynəlxalq əlaqələr

  1. Əsas Səhifə
  2. Beynəlxalq əlaqələr

Komitənin beynəlxalq əlaqələri dinamik inkişaf edir.Bu əlaqələr strateji nöqteyi - nəzərdən beynəlxalq münasibətlərin dərinləşdirilməsi, beynəlxalq həmkarlar ittifaqları birliyinə inteqrasiya, birgə layihələrdə iştirak etmək, həmkarlar ittifaqları ilə əlaqələrin əhatə dairəsini genişləndirmək və ümumdünya fəhlə hərakatını müdafiə etməklə davam etdirilir.

Respublika Komitəsi Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə və Özbəkistan respublikalarının yanacaq enerji kompleksləri həmkarlar ittifaqları ilə səmərəli işgüzar əlaqələr saxlayır. Əsas diqqət təcrübə mübadiləsi məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,maraq doğuran aktual məsələlərin birgə müzakirəsi, seminarların,təlimlərin keçirilməsinə və digər işlərə yönəldilmişdir.

Komitə 1997-ci ildən Neft-Qaz Tikintisi Kompleksi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının,1999-cu ildən Kimya Sənayesi, Dağ-Mədən,Energetika və Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyasının (İCEM),2012-ci ildən bir sıra beynəlxalq Həmkarlar İttifaqlarını birləşdirən İndustriALL Birliyinin üzvüdür.

Bizimlə əlaqə

Nərimanov ray., Ağa Neymətulla küç. 39