Atiahi logo

Azərbaycan Neft və Qaz İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

ƏMƏK HÜQUQLARINI QORUYAQ!

About Us

  1. Home
  2. About Us

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının tarixi Bakı mədənlərində neft çıxarılmasının ilk illəri ilə bağlıdır.

Belə ki, 1904-cü ildə dünyada ilk dəfə olaraq Bakı neftçiləri ilə sahibkarlar arasında tarixdə “Mazut müqaviləsi” adını almış ilk kollektiv müqavilə Azərbaycanın neft sənayesində həmkarlar hərəkatının əsasını qoymuşdur.

Komitə böyük bir inkişaf dövrü keçərək bu gün sıralarında 63463 nəfər üzvü birləşdirir.

Komitənin ali orqanı Qurultaydır və Məclis tərəfindən 5 ildən gec olmayaraq çağırılır. Qurultaylararası dövrdə Komitənin ali orqanı 6 ayda bir dəfədən az olmayaraq keçirilən Məclis sayılır. Məclisin iclaslararası dövründə Komitənin icra orqanı olan Rəyasət Heyəti 3 ayda 1 dəfədən az olmayaraq çağırılır. 

ANQSİHİRK-nin “ Daimi Komissiyalar Haqqında Əsasnamə”-sinə uyğun olaraq 6 daimi komissiya fəaliyyət göstərir.


- Təşkilat məsələləri üzrə komissiya

-  Kollektiv müqavilə üzrə komissiya

-  Sosial-iqtisadi məsələləri üzrə komissiya

-   Əməyin və sağlamlığın mühafizəsi üzrə komissiya

-  Əmək mübahisələri üzrə komissiya

- Qadın və Gender problemləri üzrə komissiya


Komitənin strukturuna _106___ ilk Həmkarlar İttifaqı təşkilatı daxildir. 

_3_ özəl, __12_ birgə müəssisə və transmilli kompaniyalarda Həmkarlar İttifaqı təşkilatları fəaliyyət göstərir.


ANQSİHİRK 1997-ci ildən Neft-Qaz Tikintisi Kompleksi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının 

1999-cu ildən Kimya Sənayesi,Dağ-Mədən,Energetika və Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyasının (İCEM), 2012-ci ildən bir sıra beynəlxalq Həmkarlar İttifaqlarını birləşdirən İndustriALL Qlobal Birliyinin üzvüdür.

Contact us

Nərimanov ray., Ağa Neymətulla küç. 39