1904-cü ilin dekabr ayında Bakıda 50 mindən artıq fəhlənin iştirak etdiyi ümümi tətil başladı. Tətilin izdihamlı keçirilməsi və fəhlələr tərəfindən haqlı tələblərin irəli sürülməsi sahibkarları fəhlə nümayəndələri ilə razılığa gəlməyə məcbur etdi. Nəticədə iş gününün 9 saata endirilməsi, əməkhaqqının 20-25% artırılması, həftədə 1 gün istirahət etmək, ildə 1 dəfə məzuniyyətə çıxmaq haqqında sahibkarlarla fəhlə nümayəndələri arasında müqavilə bağlandı. Bu müqavilə “Mazut müqaviləsi” adı ilə tarixə düşdü. Tətil Komitələrinin işçiləri təmsil edən Həmkarlar təşkilatlarına çevrilməsi prosesi belə başlandı.
Связаться с нами