Atiahi logo

Azərbaycan Neft və Qaz İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

ƏMƏK HÜQUQLARINI QORUYAQ!

SOCAR-ın Karbamid zavodunda birgə tədbiri keçirilib

  1. Əsas Səhifə
  2. Xəbərlər
  3. SOCAR-ın Karbamid zavodunda birgə tədbiri keçirilib
SOCAR-ın Karbamid zavodunda birgə tədbiri keçirilib
33 Baxış sayı

SOCAR-ın Karbamid zavodunda 8 Mart-Beynəlxalq Qadınlar günü, eləcə də işçi yubilyarların təbrik edilməsi münasibətilə müdiriyyət və Həmkarlar İttifaqı Komitəsinin birgə tədbiri keçirilib. Tədbirdə müəssisənin direktor müavinləri Qismət Soltanov, Nail Əliyev və zavodun işçiləri iştirak ediblər.

Əvvəlcə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş və neft sənayesində həyatlarını itirmiş qəhramanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə yubilyarların mükafatlandırılması barədə videoçarx nümayiş olunduqdan sonra, zavodun direktor müavini Qismət Soltanov Karbamid və ammonyak istehsalı sahəsinin kimyəvi-ayırma aparatçısı Habil Yusifovu 65 illik, İqtisadiyyat və uçot şöbəsinin aparıcı-iqtisadçısı İradə Rzayevanı, Əmtəə və anbar sahəsinin çəkib-bükücü-qablaşdırıcı maşınının maşinisti İntiqam Həşimovu, Yardımçı təsərrüfat sahəsinin dalandarı, 1-ci Qarabağ müharibə iştirakçısı Fail Tahirovu 60 illik yubileyləri ilə əlaqədar olaraq bütün kollektiv adından təbrik edib.

Daha sonra Qismət Soltanov bütün işçi xanımlara 8 Mart-Beynəlxalq Qadınlara günü münasibətilə gül dəstələri təqdim edib və onlara ən xoş arzular diləyib.





Bizimlə əlaqə

Nərimanov ray., Ağa Neymətulla küç. 39